Almaniya Futbol İttifaqı (AFİ) koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün bərpası yollarını axtarmaqda davam edir.
SiA xəbər verir ki, qurum mövsümün qalan görüşlərini azarkeşsiz keçirməyi planlaşdırır.
AFİ hər oyun zamanı stadionda maksimum 239 nəfərin olmasını istəyir. Bunlar futbolçular, məşqçilər, hakimlər, topdaşıyanlar, komandaların və stadionun əməkdaşları, həkimlər və polislərdir. Bundan başqa, 36 yer televiziya şirkətlərinə, 30 yer isə digər KİV-lərə veriləcək.