Norveç qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən "seçkilər"i tanımır

8 Aprel 2020 00:07 (UTC+04:00)

Norveç qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən "seçkilər"i tanımır.

SİA xəbər verir ki, Norveçin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında belə deyilib.

Qeyd olunub ki, Norveç Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edir.

“Norveç qondarma “DağlıqQarabağ Respublikası”nı və müvafiq olaraq martın 31-də keçirilən “seçkilər”i tanımır. Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçilik səylərini dəstəkləyirik”, - deyə bəyanatda bildirilib.