"Dövlətimiz, cəmiyyətimiz və gələcəyimizin sağlamlığına öz tohfəmizi verək, EVDƏ QALaq" - "RESURS" AİM

7 Aprel 2020 20:00 (UTC+04:00)

“RESURS” Analitik-İnformasiya Mərkəzi (AİM) ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarımıza ünvanlanmış “Evdə Qal” çağırışı kampaniyasına dəstəyini nümayiş etdirib.

Mərkəz tərəfindən xalqımıza ünvanlanmış “ÖZÜNÜ QORU, CƏMİYYƏTİ XİLAS ET!” adlı müraciətdə deyilir:

ALLAH-TƏALANIN ƏN ÜSTÜN, ŞÜURLU VƏ KAMİL YARATDIĞI VARLIQ- İNSANDIR!

Əziz vətəndaşlarımız, güclü xalqımız! Hər bir kəsin sağlamlığı bizim dövlətimiz üçün çox qiymətlidir, bizim dövlətimizin ən böyük sərvəti AZƏRBAYCAN VƏTƏNDAŞIdır.

Gəlin öz dövlətimizin, öz vətəndaşımızın, öz ailəmizin, özümüzün sağlamlığını düşünərək bu həmrəyliyə qoşulaq və bu virusun inkişafına, hərəkət etməyinə şərait yaratmayaq və əzmkarlıq göstərərək ona qalib gələk!

EVDƏ QALAQ!

ƏZİZ XALQIMIZ, EVDƏ QALAQ VƏ BU ÇƏTİN İŞDƏ BİRLİYİMİZİ NÜMAYİŞ ETDİRƏRƏK DÖVLƏTİMİZƏ KÖMƏK EDƏK. Yəni, hərə öz üzərinə düşən vəzifəni və məsuliyyəti lazımınca dərk edib, layiqincə yerinə yetirsə, cəmiyyətimizi, vətəndaşımızı və dövlətimizi heç bir təhlükə gözləmir. Bunun üçün HƏMRƏY olaq. Dövlətimizin, cəmiyyətimizin və gələcəyimizin sağlamlığına öz tohfəmizi verək, EVDƏ QALaq.

“RESURS” ANALİTİK İNFORMASİYA MƏRKƏZİ