“Formula-1” üzrə dünya çempionatının Kanada mərhələsi təxirə salınıb

7 Aprel 2020 22:40 (UTC+04:00)

“Formula-1” üzrə dünya çempionatının daha bir mərhələsi təxirə salınıb.

SİA xəbər verir ki, Kanada Qran-Prisinin baş tutmayacağı rəsmiləşib.

Bunu yarışın təşkilatçıları açıqlayıb. İyunun 14-də Monrealda baş tutması planlaşdırılan yarış koronavirus pandemiyası üzündən qeyri-müəyyən müddətə keçirilib.

Bununla da baş tutmayan mərhələlərin sayı 9-a çatıb. İndiki vəziyyətə əsasən, mövsüm iyunun 28-də Pol-Rikardakı Fransa Qran-Prisi ilə başlayacaq. Lakin həmin yarış da sual altındadır.

Qeyd edək ki, bunadək Bəhreyn və Vyetnam mərhələləri ləğv edilib. Avstraliya, Çin, Niderland, İspaniya, Monako və Azərbaycan Qran-Priləri isə qeyri-müəyyən müddətə təxirə düşüb.