Koronavirus pandemiyası ilə əlaqədar əlilliyi olan şəxslərin əlillik müddəti uzadıldı

7 Aprel 2020 22:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə qərar imzalayıb.

SİA xəbər verir ki, qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılır.