İstanbulda yaşayış binasında partlayış baş verib

7 Aprel 2020 18:27 (UTC+04:00)

İstanbulun Esenyurt rayonunda yerləşən yaşayış binasında partlayış olub. SİA xəbər verir ki, hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata görə, partlayış təbii qaz sızmasından baş verib.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.