Aprelin 7-si saat 11:20-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 2 ədəd tank əleyhinə minanın, 9 ədəd əl qumbarasının partladıcısının və 1 ədəd təxminən 50 sm uzunluğunda üzərində “Manoverboaro” yazısı olan fişəngə oxşar dəmir parçasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan SİA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib.