Qızılağac Milli Parkının ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb

7 Aprel 2020 17:41 (UTC+04:00)

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının brakonyerliyə qarşı mübarizə məqsədilə keçirdikləri reyd zamanı milli parkın su ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, taxta qayıqla ov edən Masallı rayon sakini Çingiz Əmiraslanovdan ov tüfəngi, ovlanmış qaşqaldaq, ördək və adı "Qırmızı kitab"a düşmüş soltan toyuğu götürülüb. Faktla bağlı akt tərtib olunub, təbiətə 1039 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır.