Komediyaçı Eddie Larc öldü koronavirusdan

7 Aprel 2020 17:12 (UTC+04:00)

Koronavirusa xəstəxanada yoluxan komediyaçı Eddie Larc ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, məşhur Şotlandiya komediyaçısı, aktyor, müğənni və ssenarist Eddie Larc Bristol hospitalında ölüb. Sənətçinin böyük oğlunun dediyinə görə, 78 yaşlı komediyaçı ürək çatışmazlığından əziyyət çəkirdi və xəstəxanada olarkən bir də koronavirusa yoluxub.

"O, infeksiyaya qarşı mübarizə aparacaq qədər güclü deyildi", deyə sənətçinin oğlu Rayan bildirib.

Sənətçi üçün ən böyük şöhrət "Kiçik və Böyük Şou" komediya şousu və "Sən kimsən" serialı hesab olunur.
Xatırladaq ki, 31 dekabr 2019-cu il tarixində Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Uhanda naməlum mənşəli sətəlcəm xəstəliyinin baş verdiyini bildirib. Yanvar ayında mütəxəssislər, COVID-19 törədicisinin yeni koronavirus SARS-CoV-2 olduğunu təsbit ediblər. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi tanıyıb.