Qala kəndinin yaşlı sakinləri və aztəminatlı ailələrinə maskalar paylanılıb FOTO

7 Aprel 2020 17:20 (UTC+04:00)

COVID-19 (koronavirus) virusunun yayılmasına qarşı respublikamızda həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzinin nəzdindəki "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əməkdaşları tərəfindən hazırlanmış 180 ədəd maska Qala kəndinin yaşlı sakinlərinə və aztəminatlı ailələrə paylanılıb.

İdarədən SİA-ya bildirilib ki, bundan əlavə Qala kəndinin sakinlərinə gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti və sağlamlıqlarının qorunmasının vacibliyi bir daha xatırladılıb.