Jerar Depardyenin müəllimi öldü koronavirusdan

7 Aprel 2020 16:29 (UTC+04:00)

Jerar Depardyenin aktyorluq ustalığı üzrə müəllimi koronavirus xəstəliyindən ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə AFP agentliyi müəllimin yaxın ətrafına istinadən məlumat yayıb.

Məlumata görə, Fransada Jerar Depardie və Isabel Uppert kimi aktyorlara aktyorluq ustalığını öyrədən teatr xadimi və rejissor Jan-Loran Koşe 85 yaşında ölüb. Qeyd olunur ki, bir müddət əvvəl ona koronavirus diaqnozu qoyulmuşdu.

Xatırladaq ki, bazar ertəsi axşamı yayılan məlumatlara görə, Fransada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 98 mini keçib, 8911 nəfər isə virusun qurbanı olub.