Ölkədə 76 nəfər koronavirusa yoluxub 1 nəfər vəfat edib

7 Aprel 2020 16:09 (UTC+04:00)

Azərbaycan Respublikasında 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmişdir. SİA xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə məlumat yayıb.

Koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.