Cibgirlik edən şəxs tutuldu

7 Aprel 2020 15:39 (UTC+04:00)

Bakı şəhər sakini S.Əsgərzadənin pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən R.Şikarov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Əsgərzadənin içərisində 965 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini R.Şikarov saxlanılıb.