7 prefekturada fövqəladə vəziyyət elan edildi - Yaponiyada

7 Aprel 2020 15:26 (UTC+04:00)

Yaponiyada Baş nazir Abe Şinzo hökuməti yeni növ koronavirusun (Covid-19) yayılmasına qarşı Tokio və Osaka da daxil olmaqla 7 əyalətdə (prefektura) fövqəladə vəziyyət rejiminin bir ay müddətində tətbiq ediləcəyini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Baş nazir Abe məclisdə fövqəladə vəziyyət tələbi ilə əlaqədar ekspert hesabatının hazırlanması üçün tövsiyə komitəsinin qərarını açıqladığını bildirib.

Abe yerli hökumətlərin Tokio, Osaka, Çiba, Kanagawa, Hyogo, Saitama və Fukuokada mayın 6-dək davam edəcək fövqəladə vəziyyət rejimini həyata keçirmək səlahiyyətinə sahib olduğunu bildirib.

Fövqəladə vəziyyətin insanların həyat şəraitinə təsir etməyəcəyini gözlədiyini vurğulayan Abe, "Epidemiya yayılması sürətləndiyi və insan həyatı və iqtisadiyyat üçün böyük bir təhlükə yaradan bir nöqtəyə çatdığına görə, fövqəladə vəziyyət elan etmək qərarına gəldim" ifadələrini istifadə edib.

Covid-19 önləyici tədbirlərinə cavabdeh olan Nazirlər Kabinetinin üzvü Nişimura Yasutoşi, ölkədəki hadisələrin sayının bir həftə içində iki dəfə artacağını və fövqəladə vəziyyətin hökümətin gündəmində olduğunu söyləyib.