ÜST: "Dünyada 6 milyon tibb bacısı çatışmazlığı var" - HESABAT

7 Aprel 2020 14:39 (UTC+04:00)

Bu gün 7 aprel Ümumdünya Səhiyyə Günüdür.

Dünyanın 200 ölkəsi Covid-19 pandemiyası ilə mübarizə apararkən BMT 7 Aprel Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar yayımlanan hesabatda, dünyada hələ də 6 milyon tibb bacısı çatışmazlığı olduğunu bildirib. SİA bunu xarici mətbuata istinadən xəbə verir.

BMT nəzdində fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında, dünyadakı bütün tibb işçilərinin yarısından çoxunu təşkil edən tibb bacılarının oynadığı rolun əhəmiyyəti vurğulanıb.

ÜST Baş Direktoru Tedros Adhanom Ghebreyesus açıqlamasında "Tibb bacıları səhiyyə sisteminin onurğasıdır" deyib.
"Bir çox tibb bacısı bu gün Covid-19-a qarşı müharibənin başındadır" deyən Ghebreyesus, "dünyanı sağlam tutmaq üçün lazım olan dəstəyi almaları çox vacibdir" deyə əlavə edib.

ÜST hesabatına görə, dünyada 28 milyon tibb bacısı var. Bu, ən azı 6 milyon tibb bacısı və mama çatışmazlığı deməkdir. Təşkilat 2018-ci ilə qədər 5 il ərzində bu rəqəmin 4.7 milyon artdığını qeyd edib.
Tibb bacısı çatışmazlığı olan bölgələr əsasən Afrika, Cənub-Şərqi Asiya, Orta Şərq və bəzi yoxsul Cənubi Amerika ölkələridir.