Yaşayış binasında yanğın

7 Aprel 2020 12:59 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində 12 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.