Köməksiz vəziyyətdə qaldı

7 Aprel 2020 12:56 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Astara rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.