UNEC-də evdən distant dərslərə başlanılıb

7 Aprel 2020 12:10 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) evdən distant dərslərə başlanılıb. UNEC-dən SİA-ya bildirilib ki, dərslərin başlamasını nəzərə alaraq, fakültə dekanları “Facebook” üzərindən canlı yayımla tələbələrin suallarını cavablandıracaqlar. Suallar öncədən və ya canlı yayım vaxtı fakültələr üzrə “Facebook” səhifələrinə ünvanlanmalıdır.