Azərbaycan neftinin bir barreli 23,48 dollara satılır

7 Aprel 2020 11:55 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşır. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 23,48 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.