İsmayıllıya qar yağıb

7 Aprel 2020 10:56 (UTC+04:00)

İsmayıllı rayonunda gözlənilmədən qar yağıb. SİA-nın hazırda İsmayıllı rayonunda olan müxbirinin verdiyi məlumata əsasən, hazırda qar örtüyünün qalınlığı elə də çox deyil və təxminən 3-5 sm qalınlığındadır.

Hazırda qar yağmaqda davam edir. Lakin, havaların mülayim olması səbəbindən yağan qar tədricən əriməkdədir.
Xatırladırıq ki, aprel ayında bu ərazilərdə qar yağmasına çox nadir hallarda rast gəlinir. Qeyd edək ki, hazırda meyvə ağaclarının əksəriyyəti çiçək açıb və heç şübhəsiz ki, ilin-günün bu vaxtında yağan qar məhsuldarlığa da təsirsiz ötüşməyəcək.