Xatirə ərinin görüntülərini yaydı VİDEO

7 Aprel 2020 12:26 (UTC+04:00)

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddinin görüntülərini sosial şəbəkədə yayıb. SİA-nın məlumatına görə, görüntülərdə ifaçının əri idman edir. O, paylaşımında bu sözləri deyib: "Kaş səndə olan iradə mən də olardı. O qədər kökəlmişəm ki, "İnstagram"da canlı etməyə utanıram".

Onun bu sözləri izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.

Qeyd edək ki, Xatirə bir xeyli vaxt bundan öncə bədən şəkilləndirmə əməliyyatı etdirmişdi.