Mingəçevirdə yataqxananın birinci mərtəbəsində yanğın olub

7 Aprel 2020 01:25 (UTC+04:00)

Mingəçevirdə yanğın olub.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan otaqda yataq dəsti və pərdə yanıb. Otaq yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.