Yasamal rayonunda çoxmərtəbəli binada yanğın baş verib

7 Aprel 2020 00:19 (UTC+04:00)

Bakının Yasamal rayonunda yanğın baş verib.

SİA "APA"ya istinadən xəbər verir ki, hadisə Dadaş Bünyadzadə 12 ünvanında qeydə alınıb.

10 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində elektrik şitində partlayış olub. Daha sonra elektrik xətləri alovlanıb.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Sakinlər təxliyə olunub.