İtaliyada koronavirusa yoluxan futbolçuların sayı 20-yə çatıb

7 Aprel 2020 00:07 (UTC+04:00)

İtaliya B seriyası təmsilçisi "Venesiya"nın futbolçusu Antonio Junior Vakka koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, hazırda karantində olan 29 yaşlı yarımmüdafiəçi özünü yaxşı hiss edir.

Klubun digər oyunçularının və əməkdaşlarının sağlamlığının yoxlanılması üçün lazımlı ölçülərin götürüləcəyi vurğulanıb.

Beləliklə, İtaliyada koronavirusa yoluxan futbolçuların sayı 20-yə çatıb.