ABŞ-da yeni növ koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayı 10 mini keçdi

6 Aprel 2020 23:10 (UTC+04:00)

ABŞ-da yeni növ koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayı 10 mini keçdi.

SİA xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ABŞ-da 347 003 nəfərdə koronavirus diaqnozu qoyulub, 10 335 nəfər ölüb, 18 953 nəfər isə sağalıb.