Naxçıvan Qarnizonunda komandir hazırlığı məşğələləri keçirilib - FOTOLAR - VİDEO

6 Aprel 2020 19:13 (UTC+04:00)

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən, tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, məşğələlərdə əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilib.

Cəlb olunan heyətə əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi göstərilib.