Sevinc Osmanqızı və Əli Kərimli təxribat virusu yayırlar

6 Aprel 2020 18:49 (UTC+04:00)

Satqın müxalifət virusdan maraqları üçün istifadə etməyə çalışır

Mövcud reallıqlar təsdiq edir ki, Azərbaycan müxalifəti müstəqil fəaliyyət göstərmək gücünə malik deyil. Bunun da səbəbi onların ictimaiyyət tərəfindən dəstəklərinin olmamasıdır. Cəmiyyətin birmənalı mövqeyi ondan ibarətdir ki, dağıdıcı müxalifət milli və dövlətçilik maraqlarına qarşı qərəzli mövqe nümayiş etdirir. Bəzən xarici qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanaraq, ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa və qarşıdurmalar yaratmağa cəhd göstərir. Təbii ki, bu da ictimai rəydə müxalifətə qarşı narazılıqlar yaradır. Ən pisi isə, insanlar müxalifətin başbilənləri hesab olunan İsa Qəmbərə, Arif Hacılıya, Əli Kərimliyə və digərlərinə nifrət bəsləyirlər. Bunu müxalifət liderlərinin özləri də dərk edir və başa düşürlər. Ona görə də, çıxış yolunu xarici qüvvələrlə əməkdaşlıq münasibətlərini genişləndirməkdə görürlər.

Təbii ki, müxalifət liderlərinin uğursuzluğa düçar olmasının başlıca amili şəxsi maraqlardır. Onların mili maraqlardan çıxış etmələri də çətin məsələdir. Arda bir yedək rolunda çıxış edən "VİP" və KAXCP qərargahında toplaşıb, erməniləri ittiham edən bəyanatlarla cıxış etmələri sadəcə görüntü xarakteri daşıyır. Cəmiyyətə "bizdə işə yarayırıq" mesajını vermək istəyidir. Ancaq əməli fəaliyyətlərində başqa fəaliyyət yolu tuturlar. Misal olaraq, qacaqmalcılıq yolu ilə Azərbaycana keçmək istəyərkən həbs olunan Əfqan Muxtarlı olayından sonra Gürcüstana üz tutan Müsavat başqanı A.Hacılının orada erməni dostları ilə görüşərək Azərbaycan əleyhinə şər, böhtanlar sələndirməsini göstərmək olar. Eləcəd "Milli Şura" nın sədri Cəmil Həsənlinin Avropaya səfərləri zamanı Azərbaycanla bağlı əsasıs ittihamlar səsləndirməsini də fakt olaraq demək olar. Məhz bu amillərə əsaslanaraq demək olar ki, müxalifət liderləri sağlam düşüncə daşıyıcısı heç zaman ola bilməz. Demokratik Azərbaycan Dünyası Partiyasının keçmiş sədri Məmməd Əlizadə mətbuata açıqlamasında bildirib ki, xaricin sözü ilə oturub duran müxalifətdən dövlətin maraqları naminə nəsə edəcəyini gözləmək yersizdir: "Ölkəmizdə bir sıra qüvvələr var ki, xalqın etimadını qazana bilmədiklərindən çıxış yollarını xaricdə axtarmağa üstünlük verirlər. Buna görə də tez-tez xaricdəki hamilərinə üz tuturlar". Onun sözlərinə görə, onlar bütün hərəkətlərini xaricdəki bəzi qüvvələrlə əlaqələndirdiyindəndir ki, günü-gündən sayları daralır: "Belə davam edəcəyi təqdirdə, müxalifətin həmin qanadı özünü xalqının qarşısında heç şübhəsiz daha da gözdən salacaq".

Sevinc Osmanqızı dezinformasiyanın yayılması üçün səylər göstərir

Müxalifətin ağır və böhranlı durumu fonunda bəzi partiya sədrləri dünyada hökm sürən koronovirus epidemiyasının yayılmasından və bunun Azərbaycana təsirindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu məqsədləri uğrunda mübarizədə xaricdəki "söyüş müxalifəti" üzvlərinin imkanlarından da bəhrələnirlər. Misal olaraq AXCP sədri Ə.Kərimlinin ABŞ-da oturub Azərbaycanın milli və dövlətçilik maraqlarını təhdid etməyə çalışan Sevinc Osmanqızını dezinformasiyalarını, şər və böhtanlarını daha geniş şəkildə yaymağa təhrik etməsini göstərmək olar. Demək olar ki, hər gün Ə.Kərimli "Osmanqızı TV"nin canlı efirinə çıxaraq əvvəlcədən planlaşdırılmış suallara uyğun olaraq kornovirusla bağlı öz mülahizələrinə və dar düşüncəsinə uyğun cavablar verir. Hər fürsətdə bəyan edir ki, Ermənistanda və Ermənistana himayədarlıq edən ölkələrdə koronovirusla bağlı mübarizə tədbirləri daha anlaşılan formada aparılır. Hətta utanıb-çəkinmədən sübut etməyə çalışır ki, o Qərbin müəyyən maraqlı dairələrinin himayəsi altındadır. Özü-özünü ifşa edən bu cür açıqlamaları ilə Ə.Kərimli Azərbaycanın dövlətçilik maraqlarından uzaq düşdüyünü və onun üçün başlıca mənafe özünün istək və arzularının reallaşmasıdır. Halbuki Azərbaycanda koronovirusa qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlər beynəlxalq arenada yaxşı nümunə kimi göstərilir. Hətta Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Azərbaycan Prezidentinə göndərdiyi məktubunda koronovirusa qarşı aparılan effektli mübarizə tədbirlərinə görə öz təşəkkürünü bildirib.

Söz yox ki, bütün ağır və çətin proseslərdən uğurla çıxan Azərbaycan koronovirus epidemiyasından az itkilərlə adlamış olacaq. Təbii ki, bu halda utanmalı olan və üzüntülü həyata məhkum ediləcək şəxslər Ə.Kərimli, S.Osmanqızı, A.Hacılı və digərləri olacaq.

İ.ƏLİYEV