"Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən istehlakçıların maarifləndirilməsi istiqamətində aprelin 15-də saat 12.00-dan 13.00-dək növbəti "açıq mətbuat saatı" keçiriləcəkdir.
SİA-nın xəbərinə görə, bu dəfə jurnalistlərin istehlakçılara satılan təbii qaza nəzarət, satılan təbii qazın hesabatının aparılması, təbii qazın sərfiyyatına görə yaranmış borclar, yeni əhali və qeyri-əhali abonentlərinin layihələr üzrə uçota alınması məsələləri haqqında sualları cavablandırılacaqdır.
Göstərilən müddətdə KİV nümayəndələri 490-54-33 və 490-54-24 nömrəli telefonlarla əlaqə saxlayaraq maraqlandıqları suallara cavab ala bilərlər.