“Azərbaycan mədəniyyəti” adlı videoçarx hazırlanıb

6 Aprel 2020 17:03 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı öz işini virtual rejimdə davam etdirərək oxuculara xidmət göstərir. İdarədən SİA-ya bildirilib ki, kitabxananın informasiya-resurs şöbəsi “Azərbaycan mədəniyyəti” adlı videoçarx hazırlayaraq "YouTube" və "Facebook" səhifəsində yerləşdirib.

Azərbaycan mədəniyyətinə həsr olunmuş və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş videoçarxda qədim musiqi alətləri, muğamlar, xalçaçılıq, misgərlik və mətbəximiz haqqında geniş və ətraflı məlumatlar verilib. Mənəvi sərvətlərimiz haqqında olan bu videonun hazırlanmasında kitabxananın fondundan və Milli Kitabxananın elektron kataloqundan istifadə edilib. Videoçarxda Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kürd-ovşarı" simfonik muğamı səsləndirilib.