İndiyədək 44 nəfər koronavirusdan sağalıb, 7 nəfər ölüb Operativ Qərargah

6 Aprel 2020 15:45 (UTC+04:00)

Azərbaycanda indiyədək 641 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. SİA-nın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda bildirilir ki, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.