İradə Zeynalova 40 min rusiyalını "öldürdü" NTV kanalında

6 Aprel 2020 14:41 (UTC+04:00)

Rusiyanın NTV telekanalının azərbaycanlı aparıcısı İradə Zeynalova efir vaxtı səhvə yol verib. SİA xəbər verir ki, verliş vaxtı o, koronavirusdan 40 min rusiyalının öldüyünü bildirib.

“Rusiyada 5 mindən artıq yoluxanlar, 40 mindən çox isə ölənlər var. Onlar 79 regionu əhatə edirlər. Tibbi nəzarət altında 200 mindən çox adam var”, deyə jurnalist bildirib. Halbuki, jurnalist-aparıcının arxasındakı ekranda aprelin 5-ə olan məlumatda Rusiyada 5389 yoluxanın, 46 nəfərin isə ölməsi barəsində statistik rəqəmlər göstərilib.