Bakıda 2 evdən oğurluq edildi

6 Aprel 2020 14:40 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Novxanı qəsəbə sakini R.Fərmanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 100 metr elektrik naqili, noutbuk, kombi aparatı və su mühərriki oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Fərmanov saxlanılıb.