Oğurluq etdiyinə görə tutuldu

6 Aprel 2020 14:35 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Babayev və Ağdam rayon sakini S.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisində “Hyundai” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayev və Ağdam rayon sakini S.Əliyev saxlanılıb.