Milli Kitabxana metodik tövsiyələrini onlayn rejimdə təqdim edir

6 Aprel 2020 13:55 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Evim yeni iş yerim” layihəsinə qoşulan Milli Kitabxananın kollektivi də öz evlərini iş yerinə çevirərək onlayn rejimdə bütün xidmətlərini davam etdirməkdədir. SİA-nın məlumatına görə, kitabxana çoxlu sayda xidmətlərlə yanaşı, əməkdaşların hazırladıqları metodik tövsiyələri də onlayn rejimdə təqdim etməyə başlayır.

Belə ki, Milli Kitabxana hazırladığı “Nəriman Nərimanov - 150” http://anl.az/down/N.Nerimanov-150.pdf adlı ilk virtual metodik vəsaiti onlayn rejimdə kitabxanaçılara və oxuculara təqdim edir.