Gülzar İbrahimovanın yeni şeirləri

6 Aprel 2020 13:47 (UTC+04:00)

Azərbaycanda elan edilmiş karantin rejimi müddətində ictimai işlərdə geriləmə olmaması üçün mədəniyyət müəssisələri əhalini virtual formada maarifləndirməyə davam edir. Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası da oxuculara xidməti dayandırmadan internet üzərindən onlara informasiya ötürməkdə xüsusi səy göstərir. Bu müddət ərzində Mərkəzi Kitabxana “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi həyata keçirmiş, koronavirusla bağlı mövzuda təbliğat işi aparıb.

Layihəyə bu dəfə öz şeirlərini kitabxana ilə daimi əməkdaşlıq edən, kitabxananın Fəxri oxucusu Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, H.Zərdabi mükafatçısı, yazıçı Gülzar İbrahimova təqdim edib. Şeirləri oxucuların ixtiyarına veririk.

Qoy təmiz olsun dünya və ya Rədd olsun pandemiya

Uşaqlar, darıxmayaq,

Evdən çölə çıxmayaq,

Əlləri tez-tez yuyaq,

Yaxşıca sabunlayaq.

İsti su ilə çimək

Mikrobları məhv edək!

Qoy təmiz olsun dünya,

Rədd olsun pandemiya!

Qurtarsın pandemiya

Oxuyum olum alim

Özüm dərman düzəldim.

Elə olsun ki, dərman

Onu içəndə adam

O dəqiqə sağalsın,

Durub ayağa qalxsın.

Dərman səpim dünyaya

Qurtarsın pandemiya

Desinlər mənə – “Əhsən!

Dünyanı qorudun sən”.