"Aprel döyüşlərində Ordumuz özünün zəfər tarixini yazdı" Eldar İbrahimov

6 Aprel 2020 13:39 (UTC+04:00)

"2016-cı ilin bu günlərində, 2-5 aprel tarixlərində Azərbaycan Ordusu özünün zəfər tarixini yazdı, qızıl hərflərlə yaddaşlara həkk etdirdi. İşğalçı və təcavüzkar Ermənistanın növbəti dəfə-xaincəsinə atəşkəs rejimini pozaraq, cəbhə-təmas xəttində gərginlik, qanlı qarşıdurma yaratması onlara çox baha başa gəldi. Cinayətkar Sarkisyan-xunta rejiminin növbəti işğalçılıq cəhdi onların öz başında çatladı". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E. İbrahimov bildirib ki, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 4 gün ərzində Ermənistanın hərbi birləşmələrini, qondarma və oyuncaq, separatçı “DQR” rejiminin quldur dəstələrini darmadağın etdi, onlara sarsıdıcı və ölümcül zərbə vurdu. Azərbaycan Ordusu hərb tarixində, hərb səlnaməsində növbəti dəfə böyük zəfərə imza atdı, Azərbaycan insanının döyüş-qələbə əzmini, ruhunu bir daha canlanlardı. Azərbaycan xalqı, Azərbaycan insanı bir daha öz dövlətinə, öz Ordusuna və öz Ali Baş Komandanına güvəndi, etibar etdi, onunla qürurlandı, iftixar duydu. Aprel döyüşləri, Aprel zəfər bizim milli qürür, milli ixtixar mənbəyimizə çevrildi və bu gün də belədir, hər zaman da belə olacaq.

"Aprel döyüşləri göstərdi ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə istənilən bir an səfərbər olunmağa və zəfər yazmağa qadir və hazırdır. Bir əmr yetər ki, Azərbaycan Ordusu öz gücünü, qüdrətini, döyüş qabiliyyətini göstərsin və necə ki göstərdi. Aprel döyüşləri həm də onu göstərdi ki, Ermənistan ordusu barədə illərlə yaradılmış təsəvvürlər mifdən başqa bir şey deyil, onun heç bir gücü, döyüş qabiliyyəti yoxdur. Aprel döyüşləri eyni zamanda, bütün dünyaya, beynəlxalq birliyə nümayiş etdirdi ki, Azərbyacan dövləti və Azərbaycan Ordusu nələrə qadirdir, o, heç zaman işğalla barışmayıb, barışmayır və barışmayacaq. Hər zaman sülh tərəfdarı olsa da, ədalətsiz münaqişənin danışıqlar, diplomatiya yolu ilə ədalətli həllinə üstünlük versə də, bunun üçün əlindən gələni əsirgəməsə də, ancaq lazım gəldiyi məqamda və anda hərb-müharibə variantına da hazırdır və onu da qalibiyyətlə başa çatdırmaq əzmində, qüdrətindədir. Onun qarşısında heç bir güc dayana, heç bir əngəl ola bilməz. Qarabağın və ona bitişik işğal altındakı ərazilərin qanuni sahibi Azərbaycandır və kimsənin də bu toprpaqlara sahiblənməsinə imkan verə bilməz, imkan verməyəcək. Bu, aprel döyüşlərinin, aprel zəfərinin ən böyük, ən ciddi mesajlarından oldu. Bu gün Lələ Təpədə Azərbaycanımızın üçrəngli, ay-ulduzlu bayrağı qürurla dalğalanır. Bu, hər birimizi sevindirir, qürürlandır. Gün o gün olsun ki, üçrəngli bayrağımız bütün işğal olunmuş ərazilərimizdə-ən yüksək zirvələrdə dalğalansın. O gün də gələcək, o gün də uzaqda deyil!"-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.