Beyləqanın mədəniyyət müəssisələrində təkrar dezinfeksiya işləri aparılıb FOTOLAR

6 Aprel 2020 17:30 (UTC+04:00)

Xüsusi karantin müddətində və qeyri-iş günlərində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində dezinfeksiya işlərinin aparılması davam etdirilir. Epidemiya ilə əlaqədar tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz tədbirlər görülür.

SİA-nın məlumatına görə, bu məqsədlə Beyləqan rayon Mədəniyyət Mərkəzində təkrarən rayonun Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dəhlizlər, otaqlar və avadanlıqlar dezinfeksiya edilib.

Dezinfeksiya işləri növbəti günlərdə də davam etdiriləcək.