“Kitabxana – koronavirusa YOX deyir!”

6 Aprel 2020 14:40 (UTC+04:00)

Yeni növ koronavirusun (COVID-19) yayılmasının ölkəmizdə arzuolunmaz həddə çatmasının qarşısını almaq üçün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını davam etdirir.

Kitabxanadan SIA-ya bildirilib ki, kitabxana, eyni zamanda, karantin rejimi müddətində oxuculara virtual xidmət göstərərək #evdəqal çağırışını dəstəkləyir.

Aksiya çərçivəsində tanınmış uşaq yazarı Gülzar İbrahimova uşaqlar uçun yazdığı poemasını kitabxanaya təqdim edib. Nikbin sonluqla bitən poemada insanların tezliklə bu bəladan, dərddən qurtulacağına əminlik ifadə olunur.