Britaniya hökuməti virusun yayılmasının yeni variantını açıqladı YENI IDDIA

6 Aprel 2020 10:43 (UTC+04:00)

Yeni koronavirus infeksiyasının dünyaya yayılması Çinin Uhan (Humey əyaləti) şəhərində fəaliyyət göstərən laboratoriyadan sıza bilər. SİA xəbər verir ki, Daily Mail nəşrinə görə, belə nəticəyə Britaniya kəşfiyyatı gəlib

Qeyd olunur ki, Uhanda virusologiya mərkəzi və virus xəstəliklərinə nəzarət mərkəzi fəaliyyət göstərir məhz sonuncuda heyvanlar üzərində təcrübə aparılıb, xüsusilə yarasalar üzərində çoxsaylı təcrübələr həyata keçirilib.

Nəşr qeyd edir ki, biotəhlükəsilik üzrə amerikalı ekspert Riçard Ebrayt bununla bağlı deyib ki, şəxsən bu laboratoriyada fəaliyyət göstərən əməkdaşların texniki təhlükəsizliyə riayət etmədiklərinin şahidi olub. O, bildirib ki, müvafiq eksperimentlər üçün dördünücü dərəcəli müdafiə səviyyəsi olmalıdır, çinli alimlərdə isə yalnız ikinci dərəcəli səviyyə mövcuddur ki, bu da yoluxmadan minimum şəkildə qoruyur.

"Viruslarla işləmək, heyvanlar üzərində təcrübə aparmaq laboratoriya işçisi üçün kifayət risklidir, ardınca isə ictimaiyyət üçün təhlükəlidir", deyə o bildirib.

Bununla yanaşı, Britaniya hökuməti SARS-COV-2 virusunun Uhandan insanlara keçməsi versiyası üzərində də dayanıb.