Koronavirus infeksiyasının yeni ƏLAMƏTİ MÜTƏXƏSSİS RƏYİ

6 Aprel 2020 09:58 (UTC+04:00)

Amerika Oftalmologiya Akademiyasının mütəxəssisləri konyunktivit göz xəstəliklərini yeni növ koronavirusa yoluxmanın ilk əlamətlərindən biri olduğunu açıqlayıblar SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,

Mütəxəssislərin fikrincə COVID-19 pandemiyası səbəbindən bütün oftalmoloqlar təcili tibbi yardımdan başqa digər müalicələri dayandırmalıdırlar.

Çin həkimlərinin də bildirdiyinə görə, COVID-19-a yoluxan hər 30-cu xəstəyə konyunktivit göz xəstəlikləri diaqnozu qoyulub. Bununla yanaşı potensial yoluxmuş şəxslərdə öskürək, nəfəs darlığı və ya yüksək qızdırma da qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu martın 11-də dünyada pandemiya elan edib. Dünyada 1.5 milyon insan yeni növ virusa yoluxub 60 mindən çox insan dünyasını dəyişib.