Rəqsanə 250 ailənin 2 aylıq qida ehtiyyacını öz üzərinə götürdü VİDEO

6 Aprel 2020 11:35 (UTC+04:00)

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Moskvada koronavirus səbəbilə qazanc yerini itirən və çətin şəraitə düşən 250 azərbaycanlı ailənin 2 ay müddətinə qida ehtiyacını öz üzərinə götürüb. SİA-nın məlumatına görə, bu haqda danışan sənətçi hər bir ailəyə bacardığı qayğını göstərəcəyini bildirib. “Moskvada bütün azərbaycanlılar varlı yaşamır. Bir çoxu gündəlik qazanc əldə edir. Bəziləri də qeyri-rəsmi işləyirlər. İş yerləri bağlandığından onlar indi çətin vəziyyətdədir. Amma narahat olmasınlar. Mən Moskvada onların hər birinə bacı, xala, bibi, ana olacağam. Ehtiyacı olan utanmadan mənə yazsın”.