Türkiyədə 20-65 yaş aralığında olan vətəndaşlar müvafiq qeydiyyatdan keçərək pulsuz maska əldə edəcəklər.
SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Baş Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsindən yaydığı açıqlamada bildirib.
F.Altun maskaların poçt xidmətlərindəki karqolar vasitəsilə pulsuz çatdırılacağını da yazıb.
Qeyd edək ki, aprelin 3-dən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə ilə əlaqədar ölkədə 65 yaşdan yuxarı və 20 yaşa qədər şəxslərin küçəyə çıxmasına qadağa qoyub. O, həmçinin, 20-65 yaş kateqoriyasında olan vətəndaşların küçəyə maskasız çıxmamasını tələb edib.
Xüsusi karantin qaydalarına əməl etməyənlər 392 lirə cərimə edilir.