Maykl Ceksonun ağ əlcəyi ABŞ-ın Texas ştatında keçirilən hərracda satılıb

6 Aprel 2020 08:51 (UTC+04:00)

Məşhur müğənni Maykl Ceksonun ağ əlcəyi ABŞ-ın Texas ştatında keçirilən hərracda satılıb.

SİA xəbər verir ki, adının gizlin qalmasını istəyən alıcı əlcəyə görə 104 031 dollar ödəyib.

Bildirilir ki, yeni sahib əlcəyin 1998-ci ildə Unicef-ə bağışlandığı barədə məktubu da alıb.

Xatırladaq ki, "Off the Wall" (1979), "Thriller" (1982), "Bad" (1987), "Dangerous" (1991), "HIStory" (1995) kimi milyonlarla satılan solo albomlara imza atan Cekson dünyanın "Pop Kralı" olaraq tanınıb və albomları bütün dünyada 140 milyon üzərində satılıb.