"Bir qadınla iki dəfə evlənməzlər” - Zidana atmaca

6 Aprel 2020 05:28 (UTC+04:00)

Misir milli komandasının və “Ayaks”ın sabiq futbolçusu Mido “Real”ın baş məşqçisi Zinəddin Zidanla bağlı fikirlərini bildirib.

SİA xəbər verir ki, keçmiş hücumçu, Zidanın “Real”a heç nə gətirmədiyini deyib:

“Real” mənim ən sevimli klubumdur. Zidana gəldikdə isə, onun komandaya nəsə gətirdiyini düşünmürəm. Bu vəziyyətdə bir söz deyirlər: bir qadınla iki dəfə evlənməzlər”.

Karyerası ərzində “Ayaks”, “Tottenhem”, “Roma”, “Barnsli” kimi klublarda top qovan Mido, Misir yığmasında 50 oyuna çıxıb.