Yeni reytinq cədvəli Azərbaycan milli komandaları üçün uğurlu alınıb

5 Aprel 2020 23:44 (UTC+04:00)

FİVB yeni reytinq cədvəlini açıqlayıb.

SİA xəbər verir ki, siyahı voleybol üzrə Azərbaycan milli komandaları üçün uğurlu alınıb.

127 reytinq xalına malik qadınlardan ibarət komandamız bir pillə irəliləməklə, 26-cı yerə yüksəlib. Bu siyahıya Çin voleybolçuları başçılıq edirlər.

Kişi voleybolçuların cədvəlində isə yığmamız mövqeyini qoruyub. 101 xala malik milli dünyada yenə 58-cidi. Bu siyahıda isə Braziliya liderdi.