Boris Conson koronavirus infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib

6 Aprel 2020 01:32 (UTC+04:00)

Britaniyalı baş nazir Boris Conson koronavirus infeksiyası ilə əlaqədar analizlərin verilməsi üçün xəstəxanaya yerləşdirilib.

SİA xəbər verir ki, bu barədə "Sky News" telekanalı xəbər yayıb.

"Baş nazir həkimlərin məsləhəti ilə xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır", - məlumatda deyilir.

B.Conson koronavirusa martın 27-də yoluxub və hazırda ölkəyə rəhbərlik etməyə davam edir. Onun işləyə bilməyəcəyi təqdirdə bu vəzifənin icrası xarici işlər naziri Dominik Raaba verilməlidir.