Serbiya millisinin futbolçusu Aleksandar Priyoviç karantin qaydalarını pozub.
SİA xəbər verir ki, 30 yaşlı hücumçu küçəyə çıxma qadağasına əməl etməyib.
Səudiyyə Ərəbistanı klubu "Əl-İttihad"ın formasını geyinən Priyoviç ölkəsinin paytaxtı Belqradda karantin qaydalarını pozarkən yaxalanıb. O, 19 nəfərlə bir otelin barında əylənərkən polis tərəfindən saxlanılıb.