Fransanın "Reyms" klubunun koronavirusa yoluxmuş həkimi intihar edib

6 Aprel 2020 00:08 (UTC+04:00)

Fransanın "Reyms" klubunun həkimi Bernard Qonzales intihar edib.

SİA xəbər verir ki, buna səbəb onun koronavirus infeksiyasına yoluxması olub.

Koronavirus testi müsbət çıxdıqdan sonra evdə həyat yoldaşı ilə birlikdə karantinə alınan Qonzales özünü öldürüb. O, məktub yazaraq, hərəkətinin səbəbini də izah edib.

Klub rəhbərliyi hadisə ilə bağlı bəyanatında həm onların, həm də həkimin ailəsinin şokda olduğunu vurğulayıb.