İtaliyada son sutkada yeni tip koronavirusdan 525 nəfər ölüb

5 Aprel 2020 20:50 (UTC+04:00)

İtaliyada son sutkada yeni tip koronavirusdan (COVID-19) 525 nəfər ölüb, 4 316 nəfərdə isə yoluxma qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin hesabatında bildirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 128948-ə, virusdan ölənlərin sayı isə 15887-yə çatıb.