Sumqayıtda DYP əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb

5 Aprel 2020 19:59 (UTC+04:00)

Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb.

SİA xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.